Ölkənin ən böyük bankı büdcəyə dividend ödəmir

    Ölkənin ən böyük bankı büdcəyə dividend ödəmir


    Ölkənin ən böyük bankı büdcəyə dividend ödəmir

     

    "Dövlət büdcəsinin belə bir adda gəlir mənbəyi var: "Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər". 2013-cü ilə qədər həmin müəssisələr sırasında Azərbaycan Beynəlxalq Bankın da adı vardı. 2008-2012-ci illərdə böyük məbləğdə olmasa da, hər il dövlət büdcəsinə 3-5 milyon manat dividend ödəyirdi. 
    Aydındır ki, özəl səhmdarların dividend şəklində qazancları öz ciblərinə getdiyi kimi, səhmdar rolunda çıxış edən dövlətin də qazancı büdcəyə getməlidi. Bir qayda olaraq, dividend səhmdar cəmiyyətlərdə bütün məcburi öhdəliklərin icrasından sonra qalan xalis mənfəətin bölüşdürülməsi formasında yaranır. Beynəlxalq Bank naməlum səbəblərdən 2013-2014-cü illərdə büdcəyə dividend ödənişini dayandırıb, 2015-də də ödəməyəcəyi indi məlum olur".
    Bu haqda İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev "Facebook" səhifəsində qeyd edib. İqtisadçı yazıb ki, bütün bank aktivlərinin 40 faizi, kreditlərin və əmanətlərin üçdə birini əlində cəmləşdirən ABB 2015-ci ildə 50 faizlik sahiblik haqqına malik olan dövlətə dividend ödəməyəcək: "Amma məsələn, dövlətin payı 50 faiz olan başqa bir bank - "Azər-Türk Bank" aktivlərinin həcminə görə az qala 70 dəfə Beynəlxalq Bankdan kiçik ola-ola 2015-də dövlət büdcəsinə 500 min manat dividend ödəyəcək. 
    Yeri gəlmişkən, Beynəlxalq Bankın maliyyə hesabatında yazılır ki, 2013-cü ildə mənfəət vergisi ödənəndən sonra xalis mənfəəti 58 milyon manat olub. Bəs o mənfəət hara gedir, necə bölüşdürülür? 
    Dövlət büdcəsinə dividend ödəyən başqa müəssisələrə daxildir:
    1.Aqrarkredit. 2013-də 5.312 milyon manat ödəyib, nə səbəbdənsə 2015-də cəmi 130 min ödəyəcək - təxminən 41 dəfə az.
    2. Azərlotereya. 2015-də 1.860 milyon manat ödəyəcək".
    Azərbaycan Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev "Bizim Yol"a açıqlamasında bildirdi ki, dividendlər səhmdarlar arasında bölünür. Bu zaman Maliyyə Nazirliyinə ödənilən dividend dövlət büdcəsinə gedir: "Bankla büdcə arasında birbaşa ancaq vergi ödəmək əməkdaşlığı var. Banklar arasında ən iri həcmli vergi ödəyicisiyik". 
    Beynəlxalq Bank sorğumuza cavab olaraq, aşağıdakı məlumatları təqdim etdi: "2013-cü il ərzində dövlət büdcəsinə 24,8 milyon manat, 2014-cü ilin 11 ayı ərzində 30 milyon manat həcmində müxtəlif vergilər ödənib. 2015-ci ildə ABB tərəfindən dövlət büdcəsinə 45 milyon manat müxtəlif vergilərin ödəniləcəyi proqnoz edilir.
    Mənfəətin bölünməsi ilə səhmlər üzrə dividendlərin verilməsi barədə qərar qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq səhmdarların ixtiyarındadır.
    2011-cü ilin nəticələrinə görə konsolidasiya edilmiş hesabatında əks olunan 13 694 766 manatlıq bölüşdürülməmiş mənfəətdən 8 694 766 manatı səhmdarlara dividend şəklində ödənilib.
    2012-ci ilin nəticələrinə görə isə 58,5 mln. manatlıq balans mənfəəti və 52,9 mln. manat həcmində yekun mənfəət yaranıb. Toplanmış mənfəətdən 14,1 mln. manatı səhmdarlarına dividend şəklində ödəmək qərarına gəlinib. Səhmdarlar mənfəətin 28,3 mln. manatını ABB-nin nizamnamə kapitalının artırılmasına yönəltmək qərarına gəlib".
    ABB-nin mətbuat xidməti 2013-cü ildə səhmdarlara düşən dividendlərlə bağlı məlumatı təqdim etməyib. Lakin bankın audit hesabatına əsasən deyə bilərik ki, ödənilmiş dividendlərin həcmi 14,8 milyon manat olub. 
    Dividendin 2013-2014-cü ilin büdcəsində görünməməsinə gəlincə, R.Ağayev bunu Maliyyə Nazirliyi ilə aydınlaşdırmağı məsləhət bildi. Xatırladaq ki, Maliyyə Nazirliyi ABB-nin 50,2 faiz səhm paketinə malik olmaqla əsas səhmdarı hesab edilir.
    ABB-nin minoritar səhmdarı Hafiz Babalı isə bildirir ki, sonuncu dəfə dividendlər bu ilin yayında ödənilib: "Səhmdarlar mülkiyyət formasından asılı olmayaraq bərabərdirlər və dividend elan edilərkən "dövlətə çatası vəsaitlər büdcəyə ödənilməsin, bankda qalsın" və s. bu kimi variantlar nəzərdən keçirilə bilməz. Yəni hər kəs dividendini almalıdır və dövlətə çatan pul dövlət büdcəsinə ödənilməlidir. Bunun əks formasını izah edim: ABB nizamnamə kapitalını artırarkən dövlətin adından çıxış edən Maliyyə Nazirliyi tələb olunan pulu Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq dövlət büdcəsindən əldə etməklə təsis payını yerləşdirir".
    H.Babalı deyir ki, bu il bankın nizamnamə kapitalının artırılmasına büdcədən 100 milyon manat vəsait ödənilib: " Maliyyə Nazirliyi yalnız səhmlərin saxlayıcısıdır. Səhmlər üzrə dövlətə çatası dividendlər barədə sərəncam vermək səlahiyyətinə malik deyil".
    Gələn saylarımızda ABB-dən gələn dividendlərin 2013-2015-ci illərin dövlət büdcəsində hansı səbəbdən göstərilməməsinə Maliyyə Nazirliyi ilə aydınlıq gətirməyə çalışacağıq. 
    Mənbə: Bizimyol.info

     

    Oxunub : 0


    Digər Xəbərlər
    Gündəm
    İdman Xəbərləri
    Şou-Biznes
    1 2
    Facebook Səhifəmiz
    TUC.AZ © 2009-2017 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
    Hazırladı: Murad Orucov
    SON XƏBƏRLƏR LENTİ:
    Günü gündən Gözəlləşən NAXÇIVANIMIZ!!! "Ehtirasa görə xəyanət edən kişini..." - Aparıcı Afaq Günvurmanın əsas – ƏLAMƏTLƏRİ Seks və utancaqlıq... - ÖZÜNÜZÜ SƏRBƏST BURAXIN Kondisioner işlədən HƏR KƏS BİLMƏLİDİR – Sətəlcəm olmaq istəmirsinizsə... Bu yazıdan sonra hər gün dondurma yeyəcəksiniz – BİLMƏDİYİNİZ FAYDALARI Qadınların ən çox gördüyü 5 erotik yuxu - MƏNALARI Hamilə modelin bədənini görənlər gözlərinə inanmır - FOTOSESSİYA Hamilə qadına təcavüz edib öldürənlərin - Şok ifadəsi/Foto Qumarla "BMW" aldığı deyilən azərbaycanlı danışdı – FOTO Acun "O səs Türkiyə"-nin jüriləri barədə AÇIQLAMA verdi Evli aparıcılarımız Zaurla Günaydan yeni FOTOLAR Aktrisanın sinəsi göründü - Foto Qlamur Ayseldən yeni FOTOLAR "10 manatlıq bar qızı ilə oturub-duran Əlinin evində nə işim, yumsun iylənmiş ağzını" - AFAQ Sevdanın masaj üçün getdiyi salonda başına nə iş gəldi ? - FOTO Zaur və Günay qızları Dilavər ilə - FOTO "Ərim elə narahat oldu ki, Moskvadan..." - Şəbnəm "Kara sevda"nın aktrisası Heydər Əliyev Mərkəzində - FOTO Günay 110 minlik avtomobili ilə "göz çıxartdı" - FOTO Homosekusallıq bəlasının fərqində olaq "Hamilə vəziyyətimdə mənə stress yaşadanları Allaha ..." - 5 aylıq hamilə Şəbnəm coşdu ATV aparıcısı dodaqları ilə cəlb etdi - FOTOLAR Ana və oğlu birlikdə öldü - Bakıda ailə faciəsi FOTO "Sünnət etdirəcəm ki, genital bölgəm..." - Günaydan ŞOK Oğurluq üçün evə girən cütlük seks zamanı tutuldu - VİDEO Uşaqlara qarşı seksual hərəkətlər edən kişini bu günə saldılar (+18 VİDEO) Elzanın qızı doğdu, əri kameraya çəkdi - FOTOLAR Acunun qızının toyu oldu - fotolar Seksual və çılğın Britni - fotolar Ayağını itirsə də, ruhdan düşmədi - FOTOLAR Nanə bahalı avtomobilində poz verdi - FOTOLAR Hadise peşman oldu... Zaurla Günaydan yeni FOTOLAR Azərbaycan əhalisinin gəlirləri artıb Zamiq sevgilisindən ayrıldı Nigar Camal qısa libasda - Fotolar Natavan arıqladı - FOTOLAR Əməkdar artistin gözəl qızı - FOTO "Çocuklar duymasın"ın məşhur aktyoru 12 il sonra - FOTOLAR "Əməkdar artist Röya efirə içkili çıxıbsa..." - MTRŞ işə qarışdı Namiq Aygünlə efirə çıxmamasının səbəbini açıqladı Ancelina Coliyə evlilik təklifi: "Uşaqları da götür, gəl" - FOTO Şəbnəm hamiləliyini etiraf etdi: "Öz əmimoğlumdur, onunla eyni evdə..." "Harada kişi varsa, orada ehtiras var" - Röya verilişdə içkili olub? Erməni oğlana ərə gedən Leyladan xoşbəxt FOTOLAR Zaur yataqda - FOTO Çağatay Ulusoyun tərəf müqabili ərə gedir? Azərbaycanlı ifaçı bir günlük körpəsini göstərdi - FOTO Altı aylıq övladını itirən Zaurun Günayından yeni FOTOLAR ImoSh ft Koma` S - Maraqsiz Heyat BİABIRÇILIQ: Reqqasə geyimində MƏSCİDDƏ klip İSLAM DÜNYASINI qarışdırdı Vusal Xelili - Yeni Mahnısı Haqda Saytımıza Müsahibə Verdi Miri Yusiflə Dilarədən QALMAQAL YENİ KLİP səs küy saldı - VİDEO Qurdun +18 klipi milli şoubiznesi şoka saldı VİDEO Aparıcı Zaur eşq yaşayır - Gizlin - gizlin / FOTOLAR Bu gözəllikdə qız Ronaldonun təzə sevgilisidir - FOTO "Kara sevda" bu gün başlayır - yeni video “Vur, komandir, vur” videosunun qəhrəmanı evlənir Məşhur iş adamından hamilə olan müğənni: "Bic doğmuram ki…" Sevil Sevinc - Son Öpüş ( Official Music Video ) Vusal Xelili - Naz Ele (Offical Clip-MP3) Kardaşyan ərini dəstəkləməyə belə gəldi - FOTOLAR Tanınmış aktyor "Kara Sevda" serialından ayrıldı ABŞ Suriya ordusuna zərbələr endirildiyini etiraf etdi Sağlamlığın 8 QIZIL QAYDASI Baş ağrısından dərmansız qurtulun – TƏBİİ YOLLARI Vera Wang 2016 payız gəlinlikləri - FOTO Ən yeni dəb: ombre gəlinliklər - Fotosessiya Belə dolma yeməmisiniz - RESEPT ABŞ-da 1 milyon “Samsung Galaxy Note7” smartfonu geri çağırıldı 400 il işləyəcək batareya yaradıldı -VİDEO Pambıqçılıq gələn il 100 mindən çox insanı işlə təmin edəcək Prezident: "Gələn il 300 min ton pambıq istehsal edə bilərik” Ruslar Moskvada Azərbaycan dilini öyrənir Amerikada marafondan öncə partlayış törədilib Koalisiya Suriya ordusuna hava zərbələri endirib: Çoxlu sayda ölən var - YENİLƏNİB Prezident pambığın alış qiymətinin artırılmasını təklif edib İlham Əliyevdən Sarkisyana – SƏRT CAVAB Evli kişilər subaylardan daha sağlam olurlar UEFA "Qarabağ"ı cəzalandıracaq - FOTO iPhone-u "hack" edənə 250 min dollar veriləcək Naxçıvanda Fizika-Riyaziyyat Təmayüllü Lisey kompleksi istifadəyə verilib-FOTO Məşhur müğənninin külünü havaya sovurdular Soyuqdəymənin ən ASAN müalicəsi Kağız parçası i̇lə memarlığa mənalar qatan sənətçinin 18 güldürən işi - FOTOLAR Sarkisyan hökumətin istefasını qəbul edib Azərbaycanda işsizlərə verilən müavinət artdı - RƏSMİ Cəbhədən ən son məlumat - RƏSMİ Qarabağda qanlı döyüşlər: Əsgərimiz şəhid oldu - RƏSMİ Qurban Qurbanov: “Qarabağ” bağışlanılmaz səhvlərə yol verdi “America's Got Talent”in qalibi məlum oldu – VİDEO Prezident İlham Əliyev Ağsuda Tanınmışlar yanğından zərərçəkənlərə xəstəxanada baş çəkdilər - FOTO Çingiz yanğında həlak olanlara mahnı həsr etdi - VİDEO Arzu Əliyevadan yeni film: “Hədəf Bakıdır” – FOTO İlham Əliyev Nepala humanitar yardım göndərdi – FOTO “Azərişıq”da struktur dəyişikliyi və təyinatlar İlham Əliyev Moskvada parada gedəcək SEDEREK FUAD QEDİMOV İNSAFSIZ-- video
    File engine/metagen.php not found.