SON DƏQİQƏ {title limit="80"}...

Qarabağda qanlı döyüşlər: Əsgərimiz şəhid oldu - RƏSMİ

Qarabağda qanlı döyüşlər: Əsgərimiz şəhid oldu - RƏSMİ


Qarabağda qanlı döyüşlər: Əsgərimiz şəhid oldu - RƏSMİ

Sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib.

Azərbaycan Müdafiə Nazirliyindən  verilən məlumata görə, erməni hərbi birləşmələrinin iriçaplı silahlardan, eləcə də 82 millimetrlik minaatanlardan istifadə etməsi nəticəsində Silahlı Qüvvələrimizin bir nəfər hərbi qulluqçusu əsgər Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir. Bildiririk ki, şəhidlərimizin qanı həmişə olduğu kimi, bu dəfə də yerdə qalmayacaqdır.

Silahlı Qüvvələrimizin bölmələrinin düşmənə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib və 16 nəfərədək yaralısı var.

Onlardan 10 nəfəri ağır vəziyyətdədir.

Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir, düşmənin istənilən hərəkətinin qarşısı daha üstün silahlar tətbiq edilməklə qətiyyətlə alınır.

Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

TUC.AZ

 

 

 

 

 

 

 

 

Baxılıb :727
0 0



Digər Xəbərlər
İnformasiya

Qonaqlar qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Çox Oxunanlar
1/5
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
1 2
Facebook Səhifəmiz
XalqXeber.Az © 2009-2017 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
Created by Murad Orucov