SON DƏQİQƏ {title limit="80"}...

“Azərişıq”da struktur dəyişikliyi və təyinatlar

“Azərişıq”da struktur dəyişikliyi və təyinatlar


“Azərişıq”da struktur dəyişikliyi və təyinatlar

Qurum rəsmisi açıqlama verdi.

Azərbaycanda enerji təchizatı sistemində daha bir struktur dəyişikliyi həyata keçirilib.

TUC.AZ-a  xəbər verir ki, “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC ləğv edilib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev bildirib ki, həmin qurumun əvəzində Şimal Regional Enerji Təchizatı İdarəsi yaradılıb:

“Həmin idarə Sumqayıt, Quba, Qusar, Şabran, Xızı, Xaçmaz və Siyəzən rayonlarının enerji təchizatını həyata keçirəcək”.

“Azərişıq” rəsmisi onu da bildirib ki, artıq həmin idarəyə yeni rəis də təyin olunub.

T.Mustafayev onu da bildirib ki, digər yeni yaradılmış regional idarələrə də rəhbər təyin edilib: “Azərişıq”ın nizamnaməsi yaxın günlərdə təsdiq olunacaq” - deyə, şöbə müdiri əlavə edib.

Qeyd edək ki, bir müddət öncə “Azərişıq”ın 7 regional idarəsi yaradılıb. Rayon elektrik şəbəkələri də həmin regional idarələrin tabeliyinə verilib.

 

Baxılıb :994
0 0



Digər Xəbərlər
İnformasiya

Qonaqlar qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Çox Oxunanlar
1/5
Gündəm
İdman Xəbərləri
Şou-Biznes
1 2
Facebook Səhifəmiz
XalqXeber.Az © 2009-2017 - Bütün Hüquqlar Qorunur. Saytdan götürülən bütün materiallara istinad vacibdir.
Created by Murad Orucov