RSS

TUC.AZ


Bağla
İstifadəçi:
Эксклюзивные шаблоны DLE скачать бесплатно для dle.
Красивейшие шаблоны joomla скачать бесплатно для Joomla.
Гениальные темы wordpress и шаблоны вордпресс.
Популярное радио онлайн слушать стало просто.
Свежие автоновости на нашем сайте.
Стандартные образцы договоров в документообороте.
Здесь можно скачать фотошоп и другие программы для дизайна.
Присоединяйтесь в нашему городскому музыкальному клубу где отмечают праздники и торжества.
Занимательная флористика собственными силами.
Интеллектуальный форум о собаках и домашних питомцах.
Позновательный диабет форум с информацией о лечении болезни.
Только клевые клипы онлайн смотреть бесплатно онлайн.
TUC.AZ » İslam » Allah şirk günahını insan tövbə etsə də, heç vaxt bağışlamır !
DLE dle.
joomla Joomla.
.
.
.
.
.
.
.
.
.


Allah şirk günahını insan tövbə etsə də, heç vaxt bağışlamır !

 Allah şirk günahını insan tövbə etsə də, heç vaxt bağışlamır !

 

 

 

 

 

 

 

 

 

 

 

"Şirk” sözünün ərəb dilindən tərcüməsi “şərik tutmaq”, “şərik saymaq” deməkdir. Dini termin olaraq, Allaha şərik qoşmaq mənasında işlədilir. Islamda ən böyük günah sayılır.
Həm dünyanın yaradıcısı və idarəedicisi kimi Allahdan başqa bir qüvvəyə iman bəsləmək, həm də Allaha aid olan sifətlərdən hər hansı birini başqasına aid etmək şirk kimi dəyərləndirilir. Yalnız Allahın qadir olduğu məsələlərdə Ondan başqa bir qüvvəyə sığınmaq və yardım istəmək də şirkin bir növüdür. Şirk edən şəxsə müşrik deyirlər.

Qurani-kərimdə şirk ən böyük günah kimi xatırlanır: “Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (Nisa, 48).

Qurani-kərim şirk etmiş şəxslərin aqibətini xəbər verməklə onları bu yoldan döndərməyə çalışır: “Allahla yanaşı başqa tanrı qəbul etmə, yoxsa qınanmış və (Allahın mərhəmətindən) kənar edilmiş bir halda cəhənnəmə ağılarsan!” (Isra, 39).

Allah-təala Ona şərik qoşanların (müşriklərin) üzünə əsl həqiqəti söyləyir: “Məgər heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılanımı (bütlərimi Allaha) şərik qoşarlar? Halbuki, bu bütlər nə onlara, nə də özlərinə bir kömək edə bilər! Siz onları doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. Istər onları dəvət edin, istər susun – birdir. Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir. Əgər doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər” (Əraf, 191-194).

Qurani-kərimdə Allaha şərik qoşan şəxsin vəziyyəti “göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə” bənzədilir (Həcc, 31). Çünki Allaha şərik qoşan adam Allahla rabitəni kəsmiş olur. Pərəstiş etdiyi tanrılar onu müdafiə və himayə etməkdən acizdirlər. Həmin insan Allahın yaratdığı dünyada öz yerini əldən verib. Rahatlıq, arxayınlıq, mənəvi aramlıq onu tərk edib. Quranda belə şəxs xalq dili ilə “göydən düşmüş” adlandırılır. Bu Quran ayəsində ruhi əzablar, mənəvi narahatlıqlar insan bədənini didib-parçalayan vəhşi quşlara bənzədilir. Imanla yaşanan ömür yüksəliş kimidir. Allahın vahidliyini danan kəsin həyatı isə bunun əksinə olaraq tənəzzül və enişdir (göydən yerə atılmaq kimi). Insan çox uca hündürlükdən yıxılıb yerə düşdüyü müddətdə öz ölümünə yaxınlaşır, çünki bu enişin sonu yerə dəyib param-parça olmaqdır. Vahid Allahı danan kəs də bütün həyatı boyu durmadan dəhşətli sonluğa doğru irəliləyir. Bu yolun axırı kafir kimi ölmək və axirət əzabına düçar olmaqdır.

Əlbəttə, insan istəsə, bu müdhiş aqibətdən xilas ola bilər. Nicat yolu səmimi qəlbdən Allahın vahidliyinə inanmaq, tövhid əqidəsinə bağlanmaqdır. Təsadüfi deyil ki, Həzrət Mühəmməd Peyğəmbər (s) camaatı Islam dininə dəvət edərkən hər şeydən əvvəl bunu demişdi: “La ilahə illəllah” (Allahdan başqa məbud yoxdur) söyləyin və səadətə çatın!”. O həzrətdən rəvayət edilən digər bir hədisdə belə buyurulur: “Hər kəs ixlasla “La ilahə illəllah” desə, cənnətə girər. Ixlasın mənası isə budur ki, “La ilahə illəllah” söyləmək adamı izzətli və cəlallı Allahın haram buyurduqlarından çəkindirsin”.

 
Sayın Ziyaretçilerimiz, siz qeydiyyata alınmamış istifadəçi kimi saytda gəldiniz. Sizə istifadəçi adı altında saytda qeydiyyatdan keçməyə ya daxil olmağa çağırırıq.


Oxşar Xəbərlər:
  • Baxanlar: 360
  • Şərhlər: 0
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Yuxarı Qalx

Tuc

Design by PESiMiST" Bütün hüquqlar "MASTERAZ MMC" tərəfindən qorunur.Saytda yazılan şərhlərə görə saytın rəhbərliyi məsuliyyət daşımır.